Dünya

Bit bazarından aldığı əşyaların içindən brilyant üzük tapdı

31 Oktyabr 2021 10:30
0 Şərh     Baxış: 1 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Nortamberlend qraflığında yaşayan 70 yaşlı qadın bit bazarından aldığı əşyaları təmizləyərkən qarşısına üzük çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, üzüyün üzərində olan daşın brilyant olduğunu başa düşməyən qadın onu yoxlamaq üçün yaxınlıqdakı hərrac evinə aparmaq qərarına gəlib.

Yaşlı qadının dəyərsiz hesab etdiyi üzüyün 2,7 milyon dollar dəyərində 34 karatlıq brilyant olduğu ortaya çıxıb.

Artıq qiymətli əşya sertifikatlaşdırılıb və ekspertiza üçün Belçikanın Antverpen şəhərinə göndərilib.

Üzüyün noyabrın 30-da Londonda hərraca çıxarılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.