ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.
Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.
Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.
"Los Angeles Times" nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.
Milli.Az