Slovakiyada 5-11 yaş arası uşaqların koronavirusa qarşı vaksinasiyasına başlanılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Slovakiyada 5-11 yaş arası uşaqların koronavirusa qarşı vaksinasiyasına başlanılacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqı ölkələri arasında bu yaş kateqoriyasında uşaqların peyvəndlənməsi ilk olaraq Slovakiyada həyata keçiriləcək və əvvəlcə müəyyən risk qrupuna daxil olan uşaqlara üstünlük veriləcək. Səhiyyə Nazirliyinin təmsilçisi Zuzana Eliasova bildirib ki, peyvəndləməyə bu həftə start veriləcək.
Avropa Dərman Agentliyi (EMA) tərəfindən hələlik bu yaş qrupu üçün peyvəndlərin tətbiqinə dair tövsiyə verilməsə də, Slovakiyanın səhiyyə naziri Vladimir Lenqvarski beş yaşdan uşaqların vaksinasiyası üçün istisna icazəni nəzərdə tutan sərəncam imzalayıb. Z. Eliasova bildirib ki, bu yaş qrupuna daxil uşaqların kütləvi vaksinasiyası nəzərdə tutulmur, yalnız risk qrupuna daxil olan uşaqlar valideynlərin yazılı müraciəti əsasında peyvənd olunacaqlar. Nazirliyin sərəncamı yalnız o uşaqlar üçün keçərlidir ki, onlar mövcud xəstəlikləri və ya riskləri nəzərə alaraq COVID-19 xəstəliyinə yoluxma halında həyatı təhlükə və ya sağlamlıq üçün ağır nəticələrlə üzləşə bilərlər.
Azyaşlıların vaksinasiyası ölkə üzrə cəmi üç xəstəxanada həyata keçiriləcək və hər bir müraciət fərdi qaydada yoxlanılacaq, ixtisaslaşmış həkim tərəfindən icazə verildikdən sonra peyvənd vurulacaq. Nazirliyin rəsmisi, həmçinin qeyd edib ki, sentyabr ayında yayılan ilk xəbərlərdə belə bir təəssürat yaranmışdı ki, Slovakiyada 5-12 yaş arası bütün məktəblilər peyvənd olunacaqlar. Bildirilib ki, bu belə deyil, indiyədək bu yaş qrupunda hələ heç bir uşağa peyvənd vurulmayıb və vaksinasiya yalnız qeyd edilən xüsusi hallarda həkim icazəsi əsasında həyata keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi





