Dünya

BMT və ÜST peyvənd millətçiliyindən imtina etməyə çağırıb

9 Oktyabr 2021 08:28
0 Şərh     Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin baş katibi Antoniu Quterreş və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus dünya əhalisinin COVID-19 əleyhinə qlobal peyvənd strategiyasını təqdim edərək, yenidən peyvənd millətçiliyindən imtina olunmasına çağırıblar.

Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Strategiyanın məqsədi bütün ölkələrdə ilin sonuna qədər əhalinin 40 %-ni peyvənd etmək, bu göstəricini gələn ilin ortalarına qədər 70 %-ə çatdırmaqdır.

Quterreş və Qebreyesus inkişaf etmiş ölkələri peyvənd dozalarını yoxsul ölkələrlə bölüşməyə və istehsalını genişləndirməyə çağırıblar.

Qeyd edilir ki, yalnız bu yanaşma pandemiyanı dayandıracaq və virusun daha da mutasiyasının qarşısını alacaq. "Peyvəndlərə çıxış bərabərsizliyi COVID-19 pandemiyasını daha da şiddətləndirir. Bu qeyri-bərabərlik virusun yeni variantlarının ortaya çıxmasına və onların dünyada yayılmasına gətirib çıxarır ki, bu da milyonlarla insanın ölümü və trilyonlarla dollar itkisi ilə nəticələnən daha çox iqtisadi tənəzzüllə nəticələnir", - Quterreş bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.