Dünya

“Hamımız utanırıq” - Roma Papası

7 Oktyabr 2021 08:18
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası Fransisk 1950-ci ildən bu yana Fransadakı kilsələrdə 216 min uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bundan utanc hissi duyduğunu dilə gətirib:

"Yaşadıqları travmalara görə məyusluğumu və acımı bildirmək istəyirəm. Kilsənin çox uzun müddətdir zərərçəkənlərin səsini eşitməkdə uğursuz olmasına görə utanıram. Hamımız utanırıq. Onlar üçün dua edirəm. Tanrıya bu utanclara görə dua edirəm. Çünki utanc vaxtıdır".

Qeyd edək ki, Fransız Katolik Kilsəsindəki uşaq istismarlarını araşdıran müstəqil komissiya 1950-ci ildən bəri minlərlə pedofiliya faktının qeydə alındığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.