Dünya

Yozef Göbbels hələ də Babelsberqin fəxri vətəndaşıdır

6 Oktyabr 2021 21:45
0 Şərh     Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nasist Almaniyasının təbliğat naziri olmuş Yozef Göbbels bütün bu illər ərzində Potsdam şəhərinin Babelsberq rayonunun fəxri vətəndaşı kimi qalıb. Potsdam şəhərinin hakimiyyət orqanları bu faktı "biliklərin çatışmaması" ilə izah ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu xoşagəlməz fakt yaxın vaxtlarda aparılmış təftiş zamanı aşkar edilib. Göbellsə bu fəxri ad 1938-ci il aprelin 1-də verilib. O vaxt Babelsberq inzibati baxımdan ayrıca şəhər hesab edilirdi. Bir ildən sonra isə o, Potsdam şəhərinə daxil edilib.

O vaxtdan bu bədnam nasist həmin şərəfdən məhrum edilməyib, çünki bu müddət ərzində şəhərin "ən yaxşı adamları"nın siyahılarını yoxlamaq heç kəsin ağlına gəlməyib.

Maraqlıdır ki, fəxri vətəndaşlar kartotekasında Adolf Hitlerin və reyxsministr Vilhelm Frikin Göbbels barədə rəyləri var. Təbii ki, ona "müsbət" xarakteristika verilib.

Çox ehtimal ki, tezliklə sabiq təbliğat nazirinin adının bu siyahıdan çıxarılması barədə qərar qəbul ediləcək. şəhər sovetinin deputatları bu məsələsini operativ rejimdə müzakirə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.