Dünya

ABŞ-da ekoloji fəlakət: Minlərlə barel neft okeana axdı - VİDEO

5 Oktyabr 2021 11:45
0 Şərh     Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında neft boru kəmərinin sızması səbəbindən 3 min bareldən çox neft Sakit okeana axıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə ştatın cənubunda Orenc dairəsində "Amplify Energy" şirkətinin boru kəmərində baş verən nasazlıq səbəbindən baş verib. Ekoloji fəlakət artıq yerli faunaya təsir edib: sahildə ölü quşlar və balıqlar tapılıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisəni araşdırmaq üçün mütəxəssislər göndərib. Hazırda axıntının uzunluğu təqribən 12 kilometrdir və axıntı hələ lokallaşdırılmayıb.

Yerli sakinlərə fövqəladə vəziyyət zonasına getməmələri tövsiyə olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.