Dünya

Hakerlər “Coinbase”in 6 min müştərisinin kriptovalyutasını oğurlayıb

2 Oktyabr 2021 14:57
0 Şərh     Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakerlər "Coinbase" kriptovalyuta birjasının ən az 6 min müştərisinin kriptovalyutasını oğurlayıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Coinbase"in müştərilərə göndərdiyi bildirişdə qeyd olunub.

Məlumata görə, kiber hücum mart-may aylarında reallaşıb, hakerlər hesablara çatmaq və "Coinbase" ilə əlaqəsi olmayan kripto cüzdanlarına pul köçürmək üçün şirkətin SMS doğrulama təhlükəsizliyindəki boşluqdan istifadə ediblər.

"Coinbase" hadisə aşkar edildikdən sonar SMS ilə hesabların qorunması protokollarının yeniləndiyi, hesablara nəzarəti yenidən bərpa etmək və itirilmiş vəsaitin ödənilməsi üçün müştərilərlə birlikdə calışdıqlarını bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.