Dünya

Bu ölkədə koronavirusla bağlı fövqəladə vəziyyət tamamilə ləğv edildi

29 Sentyabr 2021 09:42
0 Şərh     Baxış: 2 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada koronavirusa görə sentyabrın 30-dək qüvvədə olan fövqəladə rejim tamamilə ləğv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda fövqəladə rejim ölkənin 47 prefekturasından 19-da keçərlidir.

Digər 8 əyalətdə koronavirusla mübarizə üçün daha yumşaq məhdudiyyətləri nəzərdə tutan gücləndirilmiş tədbirlər rejimi mövcuddur.

Demək olar ki, bütün prefekturalarda yoluxanların, ağır vəziyyətdə olanların sayı, tibb müəssisələrinin yükü 30 sentyabrdan sonra məhdudiyyətlərin götürülməsinə imkan verən səviyyəyə enib.

Fövqəladə rejimin ləğv edilməsinə baxmayaraq, yumşaldıcı tədbirlərin tədricən tətbiq ediləcəyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.