Dünya

Əfqanıstan BMT Baş Assambleyasında çıxış etməkdən imtina etdi

28 Sentyabr 2021 10:54
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın BMT yanında daimi nümayəndəliyi Baş Assambleyanın yüksək səviyyəli ümumi müzakirələrinin plenar iclaslarına qatılmayacağını bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası sədrinin nümayəndəsi Monika Qreyli məlumat yayıb.

BMT rəsmisi bildirib ki, üzv ölkə Baş Assambleyanın İdarə Heyətini ümumi müzakirələrə qatılmaqdan imtina etmələri ilə bağlı məlumatlandırıb.  

Daha əvvəl isə Əfqanıstanın adı BMT Baş Assambleyası sessiyasının yüksək səviyyəli həftəsinin son günündə çıxış edən ölkələr siyahısından yoxa çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.