Dünya

Böyük Britaniyada benzin qıtlığı - Yanacaqdordurma məntəqələrində XAOS

27 Sentyabr 2021 21:35
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada benzin defisitinə görə ölkənin bir sıra yerlərində benzin doldurma məntəqələrinə insanların axını, panika və bundan qaynaqlanan xaos yaşanır.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, ölkədə bir həftədir benzin çatışmır, yanacaq üçün uzun növbələr var. Yerli hökumət hərbçilərin köməyilə yanacaqdoldurma məntəqələrində sabitlik yaratmaq istəyir.

Defisitin səbəbi yanacağın daşınması ilə məşğul olan şirkətlərdə pandemiya səbəbindən yubanmalar, sürücü çatışmazlığı və qeyri-sağlam rəqabətin olmasıdır.

Ötən həftə BP benzin çatışmazlığına görə 10-dan çox benzindoldurma məntəqəsini bağlamışdı. Bundan sonra əhali benzinin çatışmayacağını düşünərək, məntəqələrə "hücuma" keçmişdilər.

Bu kollaps səbəbindən BP bir neçə benzin mənqətəsində benzinin satışına limit də qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.