Dünya

Taleyin oyunu: Elbrus faciəsindən əvvəl turist qızların qəribə məşqi - FOTO

25 Sentyabr 2021 12:36
0 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elbrus faciəsindən əvvəl turistlər dağa dırmaşarkən fövqəladə vəziyət halında nə edəcəkləri ilə bağlı təlim keçiblər. Bunun üçün onlar İrina və Anna adlı qızları qucaqlarında daşıyıblar.

Ssenariyə əsasən Anya gəzə bilmir, İra isə ayağından yaralanır. Qalanları isə zərərçəkənərin çantalarını daşıyır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsələ burasındadır ki, geri dönüşdə hər iki qız həlak olub. Onlardan birinin halı pisləşir, digərinin isə ayağı qırılır.

Sosial şəbəkələrdə həmin təlimin görüntüləri yayılıb.

Xatırladaq ki, sentyabrın 23-də bir qrup turist Elbrus dağında 5400 metr hündürlükdə qar fırtınasına tuş gəlmişdilər. Faciə nəticəsində beş nəfər həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.