Dünya

Gürcüstan BMT tribunasından Cənubi Qafqazda sülh təşəbbüsü irəli sürüb

25 Sentyabr 2021 07:08
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Cənubi Qafqazda sabitliyin təşviqi üçün Dinc Qonşuluq Təşəbbüsü irəli sürüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu təkliflə ölkənin Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən ümumi müzakirələrdə çıxış edib.

Onun sözlərinə görə, bu format dialoqa və etimadın möhkəmləndirilməsinə kömək edəcək, ABŞ və Avropa İttifaqı ilə ümumi maraq kəsb edən regional məsələlərin praktiki həllinin həyata keçirilməsinə gətirib çıxaracaq:

"Gürcüstan Cənubi Qafqazdakı qonşularımız və qardaşlarımız, beynəlxalq tərəfdaşların cəlb olunması ilə Dinc Qonşuluq Təşəbbüsünün perspektivlərinin müzakirəsi üçün Tbilisidə beynəlxalq tədbir keçirməyə hazırdır. Gəlin, etimadın qurulmasına bir neçə kiçik addımlarla başlayaq, daha sonra biz digər regional və qlobal məsələlərin birgə həllinə keçə bilərik".

İ.Qaribaşvili qeyd edib ki, Cənubi Qafqazda dayanqılı sülh və ümumi strateji perspektivlər Qara dəniz bölgəsinə daha geniş fayda gətirəcək, həmçinin Avropa və qlobal təhlükəsizliyi gücləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.