Dünya

Zabihullah Mücahid: “Beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər bizim üçün məqbul deyil”

24 Sentyabr 2021 11:02
0 Şərh     Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq ictimaiyyətin Əfqanıstanın yeni hökumətini tanımaqla əlaqədar irəli sürdüyü şərtlər "Taliban" üçün məqbul deyil.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid söyləyib.

"Hökumətimizin yalnız beynəlxalq ictimaiyyət tərəfindən irəli sürülən şərtlər daxilində tanınması qəbuledilməzdir", - deyə Zabihullah Mücahid bildirib.

"Taliban" hərəkatının üzvü bildirib ki, bu şərtlər beynəlxalq hüquq prinsiplərini pozur.

Z.Mücahid bəyan edib ki, "Taliban" digər dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan sıx diplomatik əlaqələr qurmağa çalışır.

Mücahid əlavə edib ki, yeni hökumətin tanınması onların və bütün Əfqanıstan xalqının haqqıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.