Dünya

ÜST: Koronavirusa yoluxanların sayı artır

21 Sentyabr 2021 09:36
0 Şərh     Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya ərzində dünyada koronavirus infeksiyasına ümumilikdə 228 394 572 yoluxma qeydə alınıb.

Bu barədə Milli.Az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Qeyd edilir ki, son bir gün ərzində dünyada COVID-19-a daha 453 600 yoluxma aşkarlanıb.

Məlumata görə, COVID-19-dan ölən pasiyentlərin sayı 4 690 186 nəfərə çatıb. Siyahıda ilk yerləri ABŞ, Braziliya, Hindistan və digər ölkələr bölüşdürür.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.