Dünya

“Fukusima-1” AES-də ciddi zədə aşkarlanıb

14 Sentyabr 2021 09:00
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın şimal-şərqindəki "Fukusima-1" təcili nüvə elektrik stansiyasının operatoru TEPCO radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, mütəxəssislər keçən ayın sonunda sistemdən radioaktiv suyun sızmasının qarşısını almalı olan filtrlərdən birinin zədələnməsini aşkar etdikdən sonra sistemdə genişmiqyaslı yoxlama aparılmışdı. Avadanlıqlara baxış keçirilərkən məlum olub ki, 25 filtrdən 24-ü zədələnib.

Telekanal qeyd edir ki, TEPCO hələ də ALPS sistemindən radioaktiv su sızması halları qeydə almayıb.

Bənzər problem iki il əvvəl stansiyada yaranmışdı. Lakin TEPCO nasazlığın səbəbini müəyyən edə bilməmişdi. Filtrlər dəyişdirildikdən sonra sistem işləməyə davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.