Dünya

Əfqanıstana 1,2 milyard dollar veriləcək

14 Sentyabr 2021 07:35
0 Şərh     Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin Cenevrədə keçirilən beynəlxalq konfransının iştirakçıları Əfqanıstana yardım üçün 1,2 milyard dollardan çox vəsait ayıracaqlarına söz veriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

M.Qriffits konfransın bağlanış mərasimində çıxış edərək bildirib: "Humanitar yardım və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün 1,2 milyard dollardan çox vəsait barədə söz verilib".

O, bu cür nəticələri konfrans iştirakçılarının "böyük səxavətliliyinin" sübutu adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.