Dünya

ABŞ-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun zirvə toplantısı keçiriləcək

14 Sentyabr 2021 07:15
0 Şərh     Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 24-də Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) zirvə toplantısı keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Amerika administrasiyasındakı mənbəyə görə, ABŞ prezidenti Co Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək. Qeyd olunub ki, bu "dördlüyün" ilk üz-üzə görüşü olacaq.

Məlumata əsasən, liderlər "əlaqələrin dərinləşdirilməsi" və "yeni koronavirusun yayılması ilə mübarizə, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar və kiber məkanda tərəfdaşlığın inkişafı və Hind-Sakit okean bölgəsində azadlığın və açıqlığın təmin edilməsində əməkdaşlığın inkişaf etdirilməsinə" diqqət yetirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.