BMT-nin baş katibi: “Taliban”la dialoq vacibdir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əfqanıstanın BMT-dəki nümayəndəliyi əməkdaşlarının maaşlarını ödəyə bilmir. Çox ciddi problemlərlə qarşı-qarşıyayıq. BMT Baş Assambleyasının 76-cı sessiyasında Əfqanıstana kömək mövzusunda müzakirələr aparacağıq".
Milli.Az report-a istinadən bildirir ki, bu fikirləri BMT-nin baş katibi Antoniu Quttereş keçirdiyi mətbuat konfransında deyib.
"Biz daim "Taliban"la əlaqə saxlayırıq və hazırda dialoqun tamamilə vacib olduğunu düşünürük. BMT-nin elçisi Martin Griffiti Əfqanıstanın paytaxı Kabilə göndərməyimin əsas səbəbi "Taliban" rəhbərliyi ilə danışıqları sürətləndirməkdir. Baş katib protokol baxımından nazirlər səviyyəsindədirsə, bu səviyyədə Martin Griffit BMT-nin dünyada Kabilə gedən ilk diplomatıdır. Bütün tərəfdaşlarımızla birlikdə humanitar müraciət hazırladıq. Bazar ertəsi Əfqanıstana humanitar yardımlara dəstək toplamaq üçün nazirlər səviyyəsində beynəlxalq səviyyəli tədbirə sədrlik etmək üçün Cenevrəyə gedəcəm", - BMT rəhbəri bildirib.
Baş katib BMT Baş Assambleyasının 76-cı sessiyasında Əfqanıstana kömək mövzusunda müzakirələr aparacağını və əfqan xalqına humanitar dəstək barədə qərarların alınacağını bildirib: "Əfqanıstanın iqtisadi çöküşü heç kimin xeyrinə deyil. Bu ərəfədə bəzi dövlətlər və beynəlxalq maliyyə qurumları tərəfindən görülən bir sıra tədbirlər və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş bəzi sanksiyalar var".
Antoniu Quttereş hesab edir ki, bəzi güzəştlər və mexanizmlərlə çıxış yolu tapmaq vacibdir: "Yəməndə Əfqanıstana yardım mövzusunda mexanizmləri razılaşdıra bildik. Biz əlbəttə problemin həllinə dair çıxış yolları axtarmaqda davam edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı





