Dünya

Mərakeş ekoloji təmiz təyyarələr istehsal edəcək

10 Sentyabr 2021 21:59
0 Şərh     Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda Mərakeş şəxsi təyyarələr istehsal edən ölkələrin siyahısına daxil olub. İsveçrənin "Pilatus" şirkəti "PC-12" modelli planerlərin tam quraşdırılması üçün Krallıqda zavod açmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərakeşin aeronavtika və kosmonavtika sahəsi mütəxəssisləri assosiasiyasının ("GIMAS") rəhbəri Kərim Şeyxin sözlərinə görə, bu ölkə qlobal iqtisadi layihələr və müxtəlif sənaye sahələrinə, o cümlədən aviasiya sənayesi sahəsinə xarici investisiyaların yatırılması üçün mühüm bazara çevrilib.

Mərakeş aviasiya sahəsi üzrə ilk ərəb ölkəsidir ki, bu sahənin məhsulunu Avropa və Amerika bazarlarına ixrac edir.

Assosiasiya rəhbəri ümidvardır ki, Krallığın aviasiya sənayesi gələcəkdə xüsusən də "yaşıl təyyarə" kimi tanınan ekoloji təmiz təyyarələrin istehsalında əhəmiyyətli inkişafın şahidinə çevriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.