Dünya

Laçındakı təlimlər lazım olan yerlərə mesajdır - Karauz

9 Sentyabr 2021 11:24
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi təlimlər bir ordunun aldığı hərbi təhsilin son nəticəsi və ən üst səviyyəsidir. İki ölkə ordusunun birgə keçirdiyi təlimlər isə onlar arasında koordinasiyanın gücləndirilməsi, lazım olan anda ortaq düşmənə qarşı hərəkatı təşkil etmək üçün yerinə yetirilir. Hazırda iki ölkə arasında olan hərbi əməkdaşlıq haqqındakı müqavilələrə əsasən, Bakıda Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının birgə təlim-məşqləri, eyni zamanda Laçında komandosların çətin relyefdə hərəkət qabiliyyətlərini və koordinasiya imkanlarını daha da inkişaf etdirmək üçün təlim, Konya şəhərində hava qüvvələrimizin ortaq təlimi və Təkirdağın Gelibolu bölgəsində "qardaş briqada" layihəsi davam edir.

Milli.Az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücəl Karauz deyib.

General son dönəmdə bölgədə yaşanan proseslər fonunda belə təlimlərin böyük əhəmiyyət daşıdığını bildirib:

"Həm hava, həm quru, həm də suda ən yüksək səviyyədə birgə hərbi təlimlərin keçirilməsi cənab İlham Əliyevin 44 günlük müharibə dövründə ordu quruculuğunda türk modelinə keçməklə bağlı verdiyi bəyanatın praktiki şəkildə həyata keçirildiyini göstərir. Digər tərəfdən bu təlimlər Ermənistanın son dövrdə artırdığı təxribatlara və bölgədə kirli niyyətlərini gerçəkləşdirmək istəyənlərə qarşı Türkiyə və Azərbaycanın sarsılmaz birliyini nümayiş etdirir".

Karauz Türkiyə və Azərbaycanın ilk dəfə eyni vaxtda bütün qoşun növləri ilə birgə hərbi təlimləri keçirdiyini bildirdi:

"Türkiyə və Azərbaycan tarixdə ilk dəfə eyni vaxtda bütün qoşun növlərinin iştirakı ilə hərbi təlimlər keçirir. İşğaldan azad edilən Laçında hərbi təlimlərin keçirilməsilə isə lazım olan yerlərə çox böyük siyasi və hərbi mesajlar verilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.