Dünya

ÜST rəhbəri hiddətləndi: Boş vədlər verməyin!

9 Sentyabr 2021 11:12
1 Şərh     Baxış: 1 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal miqyasda 5,5 milyard dozada koronavirus əleyhinə peyvənd vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus deyib.

O bildirib ki, koronavirus əleyhinə peyvəndlərdən istifadə əsasən yüksək və orta gəlirli ölkələrin payına düşür:

"Heç bir aşağı gəlirli ölkə müəyyən olunmuş hədəfə çatmadı. Amma bu, onların günahı deyil. Peyvənd bərabərliyi ilə bağlı çox danışıldı, lakin olduqca az iş görüldü. Yüksək gəlirli ölkələr 1 milyarddan çox peyvənd dozası bağışlayacaqlarına söz verdilər. Amma bunun yalnız 15 faizini reallıqda gördük. İstehsalçılar, COVAX aşağı gəlirli ölkələrə üstünlük veriləcəyini söylədilər. Daha vədlər eşitmək istəmirik. Sadəcə peyvəndləri istəyirik. İndi boş vədlərin deyil, liderliyin zamanıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.