Ölkə

Mayor Şahin Quliyevə hökm oxundu

1 Dekabr 2025 18:53
Baxış: 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Milli.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.