Dünya

Dünya üzrə bugünədək istifadə edilmiş COVID vaksinlərin miqdarı açıqlandı

9 Sentyabr 2021 11:18
0 Şərh     Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiyədək dünya üzrə təqribən 5.5 milyon doza koronavirusa qarşı peyvənd vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bugünki brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, ÜST-ün hədəfi sentyabrın sonunadək hər ölkədə əhalinin 10%-nin, ilin sonunadək isə 40%-nin vaksinasiyasıdır.

Təşkilat rəhbəri bildirib ki, yüksək gəlirli ölkələrin əksəri artıq 40% həddini keçib. Əksinə, aşağı gəlirli ölkələrdən isə heç biri 10% səviyyəsinə belə çatmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.