Dünya

Kanadada məcburi COVID-19 peyvəndinə qarşı etiraz aksiyaları keçirilib

2 Sentyabr 2021 08:48
0 Şərh     Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın müxtəlif bölgələrində vətəndaşların müəyyən kateqoriyalarının məcburi peyvənd olunması, eləcə də COVİD pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ən böyük aksiya Vankuverdə (Britaniya Kolumbiyası) baş tutub.

Aksiyada 5 min iştirakçı olub. Britaniya Kolumbiyası bütün səhiyyə işçilərinin 31 oktyabr tarixinə qədər məcburi koronavirus peyvəndləri almalı olduqlarını açıqlayıb.

Etirazlar bölgədəki Kamlups, Viktoria və Nanaimo kimi digər şəhərlərdə də keçirilib. Etirazçılar hesab edirlər ki, hakimiyyət bu cür hərəkətləri ilə həm Kanada Hüquq və Azadlıqlar Xartiyasını, həm də yerli qanunlarla təmin edilən hüquqlarını pozur.

Bəzi etirazçılar hakimiyyətin hərəkətlərini irqi ayrı -seçkilik dövrü və nasist Almaniyasındakı nizamla müqayisə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.