Dünya

Putinin sitatı ilə Merkeli tərifləmək istədi

1 Sentyabr 2021 20:16
Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası Fransisk Əfqanıstandakı vəziyyətdən danışarkən səhvən Rusiya Prezidenti Vladimir Putindən sitat gətirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,hadisə Roma Papasının ispan radiosuna müsahibəsi zamanı baş verib. Belə ki, Fransisk Əfqanıstandan danışarkən Almaniya Kansleri Angela Merkelin sözlərinin ona çox toxunduğunu qeyd edib. Lakin əslində sözügedən sitatı Vladimir Putin deyib.

"O, belə dedi və ümid edirəm ki, tərcüməsi düzdür: Kənardan məsuliyyətsiz müdaxilə siyasətinə və xalqın ənənələrini görməzdən gələrək digər ölkələrdə demokratiya qurmağa son qoymaq lazımdır. Hər kəs bunu özü bildiyi şəkildə anlaya bilər, lakin mən bu qadının sözlərində müdriklik görürəm", - deyə Roma Papası vurğulayıb. 

Əslində isə bu cümlələri Angela Merkel ilə görüşündə Vladimir Putin səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.