Dünya

Qazaxıstan Prezidenti: 2030-cu ilə qədər Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranacaq

1 Sentyabr 2021 22:10
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə və "Samruk-Kazyna" şirkətinə təhlükəsiz ekoloji nüvə enerjisi imkanlarını öyrənməyi tapşırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı xalqa müraciətində bildirib.

Prezidentin sözlərinə görə, 2030-cu ildə Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranacaq. Dünya təcrübəsi ən optimal çıxış yolunu göstərir, bu da dinc məqsədlərlə atom enerjisidir.

Xatırladaq ki, 2019-cu ilin yazında Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Moskvada danışıqlar apararkən, Qazaxıstanda Rusiya texnologiyalarından istifadə edərək AES tikməyi təklif etmişdi. Qazaxıstan tərəfi isə AES-in inşası ilə bağlı son qərarı ölkə sakinlərinin fikirlərini nəzərə alaraq verəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.