Dünya

Qazaxıstanda ənənəvi təhsil bərpa edilib

1 Sentyabr 2021 21:27
0 Şərh     Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 1-dən Qazaxıstanda ənənəvi təhsil bərpa edilib. Bu həm ümumtəhsil məktəblərinə, həm də ali məktəblərə aiddir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2021-2022-ci tədris ilində Qazaxıstanda 3,6 milyon məktəbli təhsil alacaq.

Sanitar-epidemioloji qaydalara əsasən, bir məktəbdə koronavirus aşkar edilərsə, şagirdlər distant təhsilə qaytarıla bilər.

Bütün müəllimlər və məktəb işçiləri koronavirusa qarşı peyvənd edilməlidir.

Qazaxıstanın baş sanitar həkiminin yeni göstərişinə əsasən, peyvənd edilməyən tələbənin yataqxanada məskunlaşması qadağandır. Yaşı 18-dək olan tələbələr, həmçinin daimi tibbi əks-göstərişləri olan və koronavirusa yoluxan şəxslər istisnadır.

Bütün təhsil müəssisələri ciddi sanitariya qaydalarına riayət edəcək.

Qeyd edək ki, ölkədə pandemiya səbəbindən 2020-ci ilin mart ayından etibarən təhsil distant şəkildə aparılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.