Dünya

Zelenskinin ABŞ-a rəsmi səfəri başladı - FOTO

31 Avqust 2021 11:22
0 Şərh     Baxış: 1 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Vladimir Zelenski və Birinci xanım Yelena Zelenskaya avqustun 31-i Vaşinqtona səfər ediblər.

Qeyd olunur ki, Zelenski sentyabrın 1-i ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Hər iki ölkə lideri ilk olaraq təkbətək, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüşəcəklər.

Zelenskinin amerikalı məmurlar ilə də görüşü baş tutacaq. Bununla yanaşı, səfər çərçivəsində Ukrayna və ABŞ nümayəndələri arasında bir sıra sənədlər imzalanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.