Dünya

ÜST: "Gələn ilin ortalarınadək dünya əhalisinin 70 faizi vaksinasiya olunmalıdır"

28 Avqust 2021 09:36
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəfi cari il sentyabrın sonuna qədər planetin əhalisinin azı 10%-nin peyvəndlənməsinə nail olmaqdır və bu istiqamətdə irəliləyiş var.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Dünya əhalisinin vaksinasiya olunması istiqamətində təşkilata üzv olan dövlətlərin birgə çalışması vacibdir. Sentyabr ayının sonuna qədər dünya əhalisinin 10%-i, ilin sonuna qədər 40%-i və gələn ilin ortalarına qədər 70%-nin vaksinasiya olunması qarşıda duran əsas hədəfdir", - Qebreyesus vurğulayıb.

ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri 214 milyon 468 min 601 nəfər koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 milyon 470 min 969 nəfər vəfat edib.

Avqustun 25-ə qədər dünyada 4 953 887 422 nəfər peyvənd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.