Dünya

Kanadalı nazir talibləri qardaşlar adlandırdı

26 Avqust 2021 08:33
0 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın qadınlar və gender bərabərliyi işləri və kənd yerlərinin iqtisadi inkişafı üzrə naziri Maryam Monsef "Taliban" hərəkatının nümayəndələrini qardaşlar adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Monsef İranda anadan olub, Əfqanıstanda böyüyüb.

"Mən bu imkandan bizim qardaşlarımızla - taliblərlə danışmaq üçün istifadə etmək istəyirəm. Biz sizi Əfqanıstandan istənilən insanın təhlükəsiz və zəmanətli çıxışını təmin etməyə çağırırıq. Tarixi binalar da daxil olmaqla, zorakılığı, soyqırımını, qadın qətllərini, infrastrukturun məhv edilməsini dərhal dayandırmağa çağırırıq", - kanadalı nazir deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.