Dünya

Rusiyada “Camaat ət-Tövhid vəl-Cihad” terror təşkilatının 31 üzvü saxlanılıb

25 Avqust 2021 15:02
0 Şərh     Baxış: 1 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva və digər regionlarda "Camaat ət-Tövhid vəl-Cihad" terror təşkilatının 31 üzvünü saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX-nın Daxili İşlər Nazirliyi və "Rosqvardiya ilə birlikdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Moskva, Novosibirsk, Yakutsk, Krasnoyarsk və Kanskdə "Camaat ət-Tövhid vəl-Cihad" terror təşkilatının regionlararası strukturunun fəaliyyətinin qarşısı alınıb.

Nəticədə 31 nəfər saxlanılıb, saxlanılanlar arasında dəstənin başçıları və sıravi üzvləri olub. Məlum olub ki, saxlanılan şəxslər yeni üzvləri "verbovka" edərək Suriyaya göndəriblər, terrorçuları maliyyələşdiriblər, eləcə də onları terror aktları törətməyə çağırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.