Dünya

Taliban uşaqları qaçırır - Saleh

24 Avqust 2021 19:36
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın şimalındakı Baqlan əyalətində Taliban hərəkatının silahlıları yanacaq və ərzaq tədarükünə maneə törədir, həmçinin yerli sakinləri qaçırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Tvitter səhifəsində yazıb.

"Taliban qida və yanacağın Andarab vadisinə girməsinə icazə vermir. Humanitar vəziyyət ağırdır. Minlərlə qadın və uşaq dağlara qaçmağa məcbur olub. Son iki gündə taliblər uşaqları və qocaları qaçıraraq onlardan sipər kimi istifadə edir", - deyə o, qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.