Dünya

Avstraliyada peyvənd olunmuş şəxslərə kriptovalyuta ilə ödəniş edilə bilər

23 Avqust 2021 19:36
0 Şərh     Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada insanları COVID-19 virusuna qarşı vaksinlənməyə cəlb etməyin yollarından biri kimi peyvəndə görə "Bitcoin"lə ödəniş etmək nəzərdən keçirilir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, peyvənd olunmuş şəxslərə kriptovalyutada 5 ABŞ dolları veriləcək. Bu isə 2021-ci il avqustun 23-nə olan məzənnəyə görə 0,0001 BTC-yə bərabərdir.

Güman edilir ki, məbləğ böyük olmasa da, təkcə kriptovalyutada ödəniş faktı insanları peyvəd olunmağa həvəsləndirəcək. Təşəbbüsün müəllifi olan "Finder" şirkətinin həmtəsisçisi Fred Şebesta ölkə əhalisini mümkün qədər tez zamanda normal həyata qaytarmaq istədiyini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.