Dünya

ABŞ-da bir ailənin üç üzvü və onların ev heyvanı sirli şəraitdə həlak olublar

22 Avqust 2021 11:28
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da son dərəcə sirli şəraitdə bir ailənin üç üzvü - ata, ana və onların azyaşlı övladı, həmçinin ev heyvanı olan it ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, cəsədlər Kaliforniyadakı milli parkın ərazisində aşkarlanıb.

Ölən şəxslərin və heyvanın üzərində heç bir zorakılıq əlamətinin olmaması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaş-baş salıb.

Hələlik hüquq-mühafizə orqanlarının yalnız bir ehtimalı mövcuddur. Kriminalistlər hesab edir ki, ölüm suyun zəhərli olması səbəbindən baş verə bilər.

Belə ki, milli parkın ərazisindəki çarhovuza xüsusilə zəhərli yosunların düşə biləcəyi ehtimal edilir. 

Hadisə baş verən ərazi xüsusi nəzarətə götürülüb, araşdırma davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.