Dünya

Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək

20 Avqust 2021 21:15
0 Şərh     Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirus əleyhinə peyvəndlənmə yaşının payızdan etibarən aşağı endirilməsi gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, sentyabrdan etibarən peyvənd yaşının 12 yaşa endirilməsi gözlənilir. Bəzi ölkələr öz araşdırmaları nəticəsində qərar qəbul edərək, 12 yaşdan etibarən peyvəndə başlayıb. Bu yaş qrupu üçün, əsasən "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edilir.

"Klinik araşdırmalar bu yaş qrupu üçün artıq aparılıb və effektivdir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Dərman Agentliyinin qərarını gözləyirik. Onlar tərəfindən tövsiyə olunacağı təqdirdə, payızdan etibarən, biz bu yaş qrupunun peyvəndlənməsini düşünürük", - deyə Qamkrelidze vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.