Dünya

Türkiyədə uşağı basdıraraq həyatını qurtardılar - FOTO

20 Avqust 2021 10:12
1 Şərh     Baxış: 3 228
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Ağrı vilayətində işıq dirəyinin üstündəki quş yuvasına baxmaq üçün çıxan uşağı elektrik cərəyanı vurub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, doqquz yaşlı Mərt Artan cərəyanın şiddətindən yerə çırpılıb.

Bu zaman ətrafdakı çobanlar uşağın bədənindəki elektrik enerjisini atmaq üçün onu torpağa basdırıblar.

Başından başqa bütün bədəni torpağa basdırılan uşaq bir müddət sonra ayılıb.

Xəstəxanaya çatdırılan uşağa 3-cu dərəcəli yanıq diaqnozu qoyulub. Altı gün reanimasiya şöbəsində qalan Mərtin müalicəsi xəstəxanada davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.