Dünya

ABŞ millisinin məşqçisi qəzada ölüb

18 Avqust 2021 15:42
0 Şərh     Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın rapiraçılardan ibarət qılıncoynatma üzrə ABŞ millisinin məşqçisi Entoni Liç vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, mütəxəssis 62 yaşında ölüb.

Onun ölümünə qəza səbəb olub. Motosikletlə hərəkət edən Liç qəzada dünyasını dəyişib.

Mütəxəssis beş Olimpiadada (1996, 2000, 2004, 2016 və 2020) ABŞ yığmasını çalışdırıb. Tokio-2020-də onun yetirməsi Li Kifer ABŞ tarixində bu növdə ilk qızıl medalı qazanıb.

Qeyd edək ki, Liç 2013-cü ildə ABŞ Qılıncoyatma Şöhrət zalına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.