Dünya

İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb

16 Avqust 2021 18:12
0 Şərh     Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Gömrük İdarəsinin sözçüsü Seyid Ruhullah Lətifi deyib.

O bildirib ki, hər iki ölkəyə sərnişinlərin və zəvvarların gediş-gəlişi dayandırılıb.

Gömrük İdarəsinin sözçüsü deyib ki, koronavirus pandemiyası səbəbi ilə quru sərhədlərdən yalnız xüsusi vizası və icazəsi olan şəxslərin, o cümlədən tələbələr, tacirlər, diplomatlar və mühəndislərin gediş-gəlişinə icazə verilir. İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək üçün sərhəd-keçid məntəqəsinə müraciət edəcək sərnişin və zəvvarlar geri qaytarılacaq.

R. Lətifi qeyd edib ki, İraqın Kürdistan əyaləti ilə sərhəd-keçid məntəqəsi olan Pərvizxan keçid-məntəqəsində bu gündən giriş-çıxış tamamilə qadağandır. Onun sözlərinə görə, Pərvizxan sərhəd-keçid məntəqəsindən qanunsuz Kürdistana və oradan da ziyarət üçün Kərbəlaya səfər edildiyindən, hələlik bu sərhəd buraxılış məntəqəsindən giriş-çıxış qadağan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.