Dünya

Özbəkistanda uşaq ombudsmanı institutu təsis edilib

15 Avqust 2021 20:06
0 Şərh     Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistan parlamenti-Ali Məclisi yanında uşaq hüquqları üzrə müvəkkil - uşaq ombudsmanı institutu təsis edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb.

Uşaq ombudsmanı təsisatının yaradılmasında məqsəd uşaqların hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq, azyaşlılara nəzarəti gücləndirmək və onlar arasında hüquq pozuntularının qarşısını almaqdır.

Uşaq hüquqları üzrə müvəkkil öz səlahiyyətlərini dövlət orqanlarından asılı olmayaraq yerinə yetirir, bununla belə, Ali Məclis qarşısında hesabat verir.

Ombudsman beş il müddətinə seçilir və namizədliyini Prezident irəli sürür.

Müvəkkil Özbəkistanın vilayət və rayonları ilə sıx əlaqədə işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.