Dünya

Çin Talibanı tanımağa hazırlaşır - ABŞ nəşri

13 Avqust 2021 11:10
0 Şərh     Baxış: 1 432
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəsmi Pekin Əfqanıstanda taliblərin hakimiyyətini tanımaq niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "U.S.Nyus" nəşri ABŞ və digər ölkələrin kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Çin paytaxt Kabilin taliblər tərəfindən ələ keçirilməsindən sonra bu addımı atmağı düşünür.

"Çin Kabildə Qərbin dəstəklədiyi hakimiyyəti devirə biləcəyi təqdirdə Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımağa hazırdır", - məlumatda bildirilib.

Nəşr qeyd edib ki, rəsmi Pekin Talibanı Prezident Əşrəf Qəni hökuməti ilə sülh müqaviləsi bağlamağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.