Dünya

Gürcüstanda əhalinin kütləvi vaksinasiya prosesinə hərbi həkimlər də cəlb olunacaq

13 Avqust 2021 20:25
0 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar karantin qaydaları sərtləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən ölkə ərazisində avqustun 14-dən sentyabrın 4-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Eyni zamanda, şuranın qərarına əsasən əhalinin kütləvi vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə hərbi həkimlərinin də prosesə cəlb edilməsinə qərar verilib.

Ölkənin səhiyyə nazirliyi xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv fəaliyyətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb, son sutka ərzində virusa 5 128 nəfər yoluxub, 49 nəfər dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.