Dünya

Üç yeniyetmə qız baxdığı filmin təsirinə düşdü və gecə ilə evdən qaçdılar ki...

11 Avqust 2021 21:45
2 Şərh     Baxış: 1 862
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda ötən gecə yoxa çıxan üç yeniyetmə qız parkda tapılıb.

Milli.Az "Sözcü"yə istinadla xəbər verir ki, qızlardan ikisi bacıdır, digəri isə onların rəfiqəsi olub. Onların hər üçü kinoteatrda Koreya istehsalı olan filmə baxdıqdan sonra adıçəkilən ölkəyə getmək qərarına gəliblər.

Pal-paltarlarını evdən götürdükdən sonra sahil səmtindəki parkların birində gecələyiblər. 11, 13 və 15 yaşlı qızların evdə olmadığını görən valideynlər polisə xəbər veriblər. Şəhərin təhlükəsizlik kameralarına düşən qızları polis elə gecələdikləri parkda aşkarlayıb. Yeniyetmələr ailələrinə təhvil verilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.