Dünya

Rusiyalı FSB polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapıldı

11 Avqust 2021 10:12
0 Şərh     Baxış: 1 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Təhlükəsizlik Xidmətinin (FSB) bank idarəsi rəhbərinin keçmiş müavini polkovnik Dmitri Frolovun xaricdə bahalı daşınmaz əmlakı aşkar olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Frolov İtaliyanın Komo gölü sahilində 4 mərtəbəli lüks villaya sahibdir. Villa dəbdəbəli mərmərlə üzlənib. İnteryerdəki mebellər isə xalis qızılla bəzədilib. Evin vanna otağında dəyəri 2.5 min avro olan asılqanlar quraşdırılıb.

Polkovnikin vəkili əmlakın onun müvəkkili tərəfindən deyil, atası tərəfindən alındığını bildirib.

Qeyd edək ki, hazırda Frolov ev dustaqlığındadır. O, himayədarlıq müqabilində rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Keçmiş FSB əməkdaşı özünün günahsız olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.