Dünya

Əfqanıstanda bir ailənin 12 üzvü partlayışda ölüb

8 Avqust 2021 16:35
0 Şərh     Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın şərqindəki Paktia əyalətində eyni ailənin 12 üzvü partlayış nəticəsində ölüb.

Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə "Ariana News" məlumat yayıb.

Qeyd olunub ki, ailə üzvlərinin olduğu avtomobil Seyid Kərəm rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.

Partlayış nəticəsində 6-sı uşaq olmaqla 12 nəfər həlak olub. Daha iki uşaq yaralanıb.

Hələlik heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.