Əfqanıstanın şərqindəki Paktia əyalətində eyni ailənin 12 üzvü partlayış nəticəsində ölüb.
Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə "Ariana News" məlumat yayıb.
Qeyd olunub ki, ailə üzvlərinin olduğu avtomobil Seyid Kərəm rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.
Partlayış nəticəsində 6-sı uşaq olmaqla 12 nəfər həlak olub. Daha iki uşaq yaralanıb.
Hələlik heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.
Milli.Az