Dünya

İspaniyaya gedən qayıq batıb, 40-dan çox miqrant ölüb

7 Avqust 2021 08:53
0 Şərh     Baxış: 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Miqrantları Daxla bölgəsindən (Qərbi Sahara) İspaniyanın Kanar adalarına aparan qayıq sahildən ayrıldıqdan yarım saat sonra çevrilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə QHT rəhbəri Yelena Maleno "Twitter" hesabında yazıb.

Hadisə nəticəsində 40-dan çox miqrant boğularaq ölüb. Onlardan 30-u qadın, 8-i uşaq, 4-ü isə kişi olub. On nəfər sağ qalmağı bacarıb.

Hüquq müdafiəçilərinin hesabatına görə, 2021-ci ilin ilk altı ayında 2087 miqrant İspaniyaya gedərkən yolda ölüb.

Rəsmi məlumata görə, ilin əvvəlindən avqustun 1-dək ölkəyə dəniz yolu ilə 15,3 min qanunsuz miqrant daxil olub. Ümumilikdə isə bu rəqəm 16,5 mindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.