Cəmiyyət

Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur

9 Avqust 2025 14:18
Baxış: 1 166
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mingəçevir şəhərində dəbdəbəli ehsan verilməsi ləğv ediləcək.

Milli.Az xəbər verir ki, şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb.

Belə ki, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının keçirilən hesabat yığıncağında gündəmdə olan məsələlərdən biri də ehsan məclislərinin Mingəçevirdə qadağan olunması ilə bağlı səsləndirilən təklif və fikirlər olub.

Qeyd olunub ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq.

Xatırladaq ki, oxşar qayda bir müddət əvvəl Sabirabad rayonunda tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.