İqtisadiyyat

Azərbaycan qazı Suriyaya çatdı

9 Avqust 2025 22:00
Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə-Suriya qaz kəməri ilə nəql edilən təbii qaz Suriyanın mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik stansiyasına çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, növbəti mərhələdə qaz Cender elektrik stansiyasından Dəməşq yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.

Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın iştirakı ilə açılıb.

Diyab qeyd edib ki, Azərbaycandan təbii qaz artıq Türkiyə üzərindən Cender stansiyasına verilir.

Gündə 3,4 milyon kubmetr ötürmə qabiliyyətinə malik boru kəməri ilə hazırda sutkada 1,4 milyon kubmetrə yaxın qaz nəql edilir ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.