Dünya

Radioaktiv suların dənizə sızdığı məlum oldu

9 Avqust 2025 21:15
Baxış: 481
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada nüvə silahlarının saxlandığı hərbi bazadan köhnə boruların dəfələrlə partlaması nəticəsində radioaktiv su dənizə sızıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı "The Guardian" mənbələrə istinadən məlumat yayıb.

"Tənzimləyici müəyyən edib ki, radioaktiv material Şotlandiyanın qərbindəki Qlazqo yaxınlığındakı Loç Long ərazisinə sızıb. Çünki Kral Hərbi Dəniz Qüvvələri bazada 1500 su borusu şəbəkəsini lazımi səviyyədə saxlaya bilməyib", - məlumatda deyilir.

Söhbət Şotlandiyanın Kulport qəsəbəsi yaxınlığında yerləşən hərbi bazadan gedir.

Yaxınlıqda yerləşən dörd Trident sualtı qayığı üçün nəzərdə tutulmuş nüvə başlıqları orada saxlanılır.

"The Guardian" Şotlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Sepa) sənədlərinə istinadən hərbi bazanın borularının dəfələrlə partladığını yazıb.

Borularda partlamalar 2010-cu ildə bir dəfə, daha sonra 2019-cu ildə iki dəfə və 2021-ci ildə iki dəfə baş verib.

Borulardan döyüş başlıqlarında istifadə olunan radioaktiv tritiumla çirklənmiş su sızdığı bildirilir.

Məlumatda o da qeyd olunur ki, Sepa və Böyük Britaniyanın Müdafiə Nazirliyi uzun illər sızmalarla bağlı məlumatı gizlətməyə çalışıb və bunun milli təhlükəsizlik məsələsi olduğunu iddia edib.

Lakin bu yaxınlarda Şotlandiyanın İnformasiya Komissarı Devid Hamilton məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı göstəriş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.